ABŞ Misirə 2.3 milyard dollar dəyərində hərbi satışı təsdiqləyib

ABŞ Misirə 2.3 milyard dollar dəyərində hərbi satışı təsdiqləyib

ABŞ Dövlət Departamenti təxmini dəyəri 2.3 milyard dollar təşkil edən 43 ədəd AH-64E “Apache” zərbə helikopterinin yenilənməsi üçün Misir Hökumətinə Xarici Hərbi Satış proqramını təsdiqləyib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.

Təsdiq edilmiş satış proqramına müasirləşdirilməsi nəzərdə tutulan “Apache” helikopterləri üçün 88 ədəd T700-GE-701D mühərriyi, 47 ədəd AN /ASQ-170 hədəf göstərici və işarələyici, AN / AAR-11 Modernləşdirilmiş Pilot Gecə Görmə Sensorları (MTADS / PNVS), 45 ədəd AAR-57 Raket Xəbərdarlıq Sistemi (CMWS), 92 ədəd GPS və inersial naviqasiya cihazı, habelə AN / AVR-2B lazer aşkarlayıcı, AN / APX-119 transponderləri, IFF cihazları, AN / APN-209 radar altimetrlər, AN / ARN-149 avtomatik istiqamətləndiricilər, UHF / VHF radio, AN /ARC-201E taktik radiolar, APR-39 radar xəbərdarlıq dəstləri, IDM-401 modemləri, EI2 genişləndirilmiş görüntü gücləndiriciləri, M299 “Hellfire” raket buraxıcılar, 2,75 düym 19 borulu raket işəsalma qurğusu, M230 pulemyotu və ehtiyat lülələr, təlim cihazları, dəbilqələr, simulyatorlar, generatorlar, ehtiyat hissələr və logistik dəstək xidmətləri daxildir.

“Misir bu yenilənmiş silahlı qüvvələrini modernləşdirmək, AH-64 helikopterlərindən Sinay yarımadasında Misir və İsrailin təhlükəsizliyini təhdid edən və regional sabitliyi pozan qüvvələrə qarşı istifadə etmək niyyətindədir”, – deyə məlumatda qeyd olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş