ABŞ Moldova Silahlı Qüvvələrinə hərbi texnika verdi

ABŞ Moldovaya HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle) zirehli transportyorları verib.

“AzeriDefence”nin məlumatına görə, Moldova Müdafiə Nazirliyinin logistika deportamentinin rəisi, polkovnik İurie Bruma bildirib ki, iki ölkə arasında hərbi texniki əməkdaşlığa dair sazişə əsasən ABŞ hökuməti adıçəkilən dövlətin silahlı qüvvələri üçün HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle) 41 ədəd zirehli transportyor və hərbi-nəqliyyat avtomobilləri verib.

Maşınların 34 ədədi artıq Moldovaya çatdırılıb. Yerdə qalan texnika isəı 2017-ci ilin sonuna qədər Moldova Müdafiə Nazirliyinə təhvil veriləcək.

Müdafiə Nazirliyindən isə bildirilib ki, qeyd olunan texnikalar Moldova ərazisində keçirilən beynəlxalq hərbi təlimlərdə istifadə olunacaq.

Məlumatda o da qeyd olunub ki, 2014-cü ildə də ABŞ Moldovaya HMMWV zirehli transportyoru və 10 ədəd qoşqulu hərbi-nəqliyyat vasitəsi vermişdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş