ABŞ müdafiəyə 610.5 milyard dollar ayırır

ABŞ Konqresinin Senatı Müdafiə Nazirliyinin 2017-ci ilin hərbi büdcə layihəsini qəbul edib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

ABŞ Konqresinin Senatı 2017-ci il üçün müdafiə büdcəsi layihəsini 602 milyard dollar həcmində qəbul edib. ABŞ Konqresinin Yuxarı Palatasının 85 nümayəndəsi layihənin lehinə, 13 senator isə əleyhinə səs verib. ABŞ prezidenti Barak Obama bir sıra fikir ayrılıqlarına, o cümlədən Quantanamonun bağlanması üzrə fikir ayrılığına görə sənədi imzalamaya bilər.

Sözügedən sənəd Konqresin Nümayəndələr Palatası tərəfindən daha əvvəl qəbul olunmuş digər versiyası ilə razılaşdırılmalı və bundan sonra prezident tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, mayın ortalarında ABŞ Nümayəndələr Palatası müdafiə büdcəsini 610,5 milyard dollar həcmində qəbul edib.

KATEQORIYA:
Bu xəbəri paylaş