ABŞ ən ağır aviabombanın təsir gücünü artırır

ABŞ Boeing şirkəti tərəfindən istehsal edilmiş GBU-57A/B Massive Ordnance Penetrator (MOP) adlı dünyanın ən ağır aviabombasının təsir gücünün artırılması istiqamətində işlər aparır. “AzeriDefence”nin məlumatına görə, bu barədə Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta “World Street Journal”a müsahibəsində bildirib.

Bununla bağlı ABŞ ordusunun mütəxəssisləri istehsalçı firma ilə birgə işlər aparır.

Qeyd edək ki, 13600 kq ağırlığında olan bomba qalın dəmir-beton maneələri dəlmə qabiliyyətinə malikdir. Bu bombalar B-52 və B-2 tipli ağır bombardman təyyarələri ilə daşınacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş