ABŞ nüvə başlıqlı yeni qanadlı raketlər hazırlayır

ABŞ nüvə başlıqlı yeni LRSO (Long-Range Standoff) qanadlı raketin yaradılması proqramının icrasına başlayıb.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi Hava Qüvvələrinin Nüvə Silah Mərkəzi bu layihə çərçivəsində “Lockheed Martin” və “Raytheon” şirkətlərinin hər biri ilə dəyəri 900 milyon dollar olan müqavilə imzalayıb.

Saziş çərçivəsində görüləcək işlərin yekunundan sonra, seçiləcək podratçı şirkət ilə mühəndislik, istehsal və inkişaf proqramı haqqında da müqavilə imzalanacaq. Bu müqavilənin isə 2022-ci ildə imzalanması planlaşdırılır. Təqribən 10 milyard dollar xərclənəcək bu mərhələdə 1000 ədəd raket hazırlanacaq.

Məlumatda o da qeyd olunub ki, nüvə başlıqlı LRSO qanadlı raketlərinin yaradılmasına ABŞ-ın dövlət büdcəsindən 20 milyard dollar vəsait ayrılıb.

Yeni qanadlı raketlərin uzun mənzilli döyüş təyyarələrinə inteqrasiya edilməsin nəzərdə tutulur. ABŞ Hərbi Hava Qüvvələrinin planına əsasən sözügedən təyyarələr üçün ilk belə nüvə bombası 2030-cu ilə qədər silahlanmaya daxil ediləcək.

Yeni nüvə bombalarının daşıyıcıları istismar müddəti başa çatmaqda olan AGM-86B raketlərini əvəz edəcəyi planlaşdırılır.

Qeyd edək ki, “Boeing” şirkətinin modernizə etdiyi AGM-86B raketləri 1968-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş