ABŞ Ordusu 2018-ci ilin sonunadək “dəmir adam” geyim dəstini alacaq

ABŞ Ordusu 2018-ci ilin sonlarınadək zirehli ekzoskeletin ilk sınaq nümunəsini ala bilər.

“AzeriDefence”nin defensenews.com portalına istinadən verdiyi məlumata görə, Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı (US SOCOM) bildirib ki, TALOS geyim dəstinin əsas layihə işləri başa çatıb və ilk tam funksional prototipinin yığılmasına başlanılıb. TALOS (Tactical Assault Lİght Operator Suit) zirehli ekzoskeleti dörd ildən çoxdur ki, hazırlanır. “Dəmir adam” filmindəki geyimə oxşadığına görə, istehsalçılar öz aralarında ona “dəmir adamın kostyumu” deyirlər.

Polkovnik Ceyms Millerin sözlərinə görə, TALOS yeni zireh sisteminə malikdir. O bildirib ki, TALOS bir neçə əsas elementdən (qida sistemi, elektrik ötürücülər, sifariş vermə və digər elementlər) ibarətdir. Bu elementləri kompleksə birləşdirmək asan olmayıb. Amma mühəndislər komandası bu çətinliklərin öhdəsindən gələrək ekzoskeletin ilk tam funksiyalı prototipini yığa biliblər.

Erqonomikliyi sayəsində zireh hərəkətləri məhdudlaşdırmayacaq, xüsusi elektrik qurğuları isə əsgərin gücünü və dözümlülüyünü artıracaq. Ekzoskelet optik ötürücülü, kompüter sistemli və başın tam müdafiəsini təmin edən dəbilqə ilə də təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş