ABŞ Ordusu 2065 ədəd ISV maşınları alacaq

ABŞ Ordusu 2065 ədəd ISV maşınları alacaq

ABŞ Müdafiə Nazirliyi ilə “General Motors” şirkəti arasında ISV (Infantry Squad Vehicle) yüngül nəqliyyat vəsitələrinin tədarükünə dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” BMPD-ə istinadən məlumat verib. 214.298 milyon ABŞ dolları dəyərində müqavilə çərçivəsində “General Motors”a daxil olan “GM Defense” şirkəti tərəfindən ilkin olaraq 649 ədəd ISV yüngül nəqliyyat vasitəsi istehsal ediləcək.

Ümumilikdə ABŞ Ordunun xüsusi təyinatlı piyada qoşunlarını təchiz etmək üçün 2065 ədəd 4×4 təkər formuluna malik ISV maşınları almağı planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş