ABŞ Ordusu 60 min JLTV zirehli maşını alacaq

ABŞ Silahlı Qüvvələri ümumilikdə 60 000 ədəd yeni tipli JLTV (Joint Light Tactical Vehicle) zirehli avtomobillər alacaq.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələri yaxın beş ildə təxminən 60 000 yeni tipli “Oshkosh Defense” şirkətinin istehsalı olan JLTV zirehli avtomobil almaq niyyətindədir.

Bildirilir ki, ABŞ ordu bölmələrinə 50 000 zirehli avtomobil, Dəniz Piyada Korpusuna isə 10 000 avtomobil verilməsi nəzərdə tutulub. Ümumilikdə 60 000 avtomobilin alınması ilə bağlı müqavilənin dəyəri 24 mlrd. dollar həcmində qiymətləndirirlir.

Ehtimal olunur ki, yeni zirehli avtomobillərin 500 ədəddən ibarət olan ilk partiyası 2019-ci ilin əvvəlində ABŞ Ordusunun 10-ci dağ diviziyasının silahlanmasına daxil olacaq.

“Oshkosh Defense” şirkətinin nümayəndələri bildirirlər ki, hazırda sınaq qiymətləndirilməsi üçün ordu və dəniz piyada korpusuna 100-ə yaxın zirehli avtomobil hazırlanıb.

JLTV avtomobilinin çəkisi 6.5 tondur. “GM Duramax V8” mühərrikinə malik olan avtomobil 300 at gücündədir. “Oshkosh JLTV”nin gediş ehtiyyatı təxminən 500 kilometr təşkil edir.

Təqribi hesablamalara görə, bir ədəd hibrid “Oshkosh JLTV” zirehli avtomobilinin əlavə avadanlıqla birlikdə qiyməti 400 min dollar təşkil edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş