ABŞ Ordusu Arktikanı “fəth” etməyi planlaşdırır

ABŞ Ordusu Arktikanı “fəth” etməyi planlaşdırır

ABŞ Arktikada Rusiya ilə rəqabət etmək niyyətindədir.

“Poliqon” “Defense News” portalına istinadən xəbər verir ki, ABŞ Ordusu arktik dartıcılar almaqdan ötrü aşağı temperatur ərazi vasitəsi CATV (Cold Weather All-Terrain Vehicle) alınması üçün tender elan edib.

Şiddətli soyuqda işləyə biləcək yeni tırtıllı nəqliyyat vasitələrinin alınmasının sürətləndirilmiş rejimdə həyata keçirilməsi planlaşdırılır. Artıq cari ilin iyun ayında ABŞ Ordusu sınaq üçün ilk prototipləri almaq niyyətindədir və 2022-ci ildən etibarən tenderin qalibi bütün ərazi nəqliyyat vasitələrinin kütləvi istehsalına başlamalı olacaq. Bununla əlaqədar olaraq, “Oshkosh Defence” və “ST Engineering” ortaq şəkildə, həmçinin “BAE System” şirkətinin törəmə şirkəti olan “BAE Hagglunds” şirkəti özlərinin nəqliyyat vasitələrini sınaqlar üçün təqdim edəcəkdir.

Sürətli satınalmalar, ABŞ Ordusunun mövcud SUSV (Small Unit Support Vehicle) arktik ərazi nəqliyyat vasitələrinin 2023-cü ildən etibarən silahlanmadan çıxarılacağı və uçotdan silinəcəyi ilə əlaqədardır. Ümumilikdə, gələcəkdə müqavilə miqdarını 163 ədədə çatdırmaq imkanı nəzərdə tutulmaqla 110 yeni tırtıllı nəqliyyat vasitəsinin alınması planlaşdırılır.

SUSV nəqliyyat vasitələri keçən əsrin 80-ci illərində alınıb və İsveç dartıcı maşını olan “Hägglunds Bv 206” versiyalarından biridir.

“Oshkosh Defence” şirkətinin mətbuat xidməti, tenderə “ST Engineering” şirkətinin “Bronco 3” nəqliyyat vasitəsinin təkmilləşdirilmiş versiyasını təqdim edəcəklərini açıqlamışdır.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş