ABŞ Ordusu əlavə Q-53 artilleriya təsbit radarları alır

ABŞ Silahlı Qüvvələri və “Lockheed Martin” şirkəti arasında 1.6 milyard dolar dəyərində müqavilə imzalanıb.

“AzeriDefence”nin “Lockhed Martin” şirkətinin saytına istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən ABŞ Ordusu üçün açıqlanmayan sayda AN/TP Q-53 artilleriya radiolokasiya sistemləri istehsal edəcək.

Sistem 360 dərəcə radiusda və 90 dərəcə bucaq altında düşmənin artilleriya və minaatan qurğularını, reaktiv atəş sistemlərinin atış yerlərini aşkarlamaqla yanaşı, mərmilərin uçuş və hərəkət trayektoriyasını da müəyyənləşdirə bilir.

AN/TP Q-53 yük maşınlarının üstündə quraşdırılmaqla manevr imkanına malikdir. Bununla sistem istənilən vaxt müxtəlif yerə daşına bilir.

Məlumatda o da qeyd olunub ki, 2007-ci ildən başlayaraq ABŞ Silahlı Qüvvələri “Lockheed Martin” şirkəti ilə AN/TP Q-53 radiolokasiya sistemlərinin alınmasına dair müxtəlif vaxtlarda 5 saziş imzalayıb. Bu günədək 100-dən çox AN/TP Q-53 radar sistemlərinin sifarşini alan şirkət hazırda 95 sistemi ABŞ Ordusuna təhvil verib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş