ABŞ Ordusu “Patriot” ZRK üçün şassi sifariş edib

ABŞ Ordusu “Patriot” ZRK üçün şassi sifariş edib

ABŞ Ordusu “Patriot” zenit raker kompleksləri (ZRK) üçün “Oshkosh Defence” şirkətinə dəyəri 143 milyon ABŞ dolları olan şassi sifariş edib.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, bununla bağlı “Oshkosh Defence” şirkəti ABŞ Ordusu ilə üç sifarişdən ibarət müqavilə imzalayıb.

Birinci sifarişdə ordu mənsubları Oshkosh HEMTT M983A4 ağır dartıcılarının tədarük edilməsini sifariş edib. Sifarişin dəyəri 96,74 milyon ABŞ dollarıdır, ancaq dartıcıların sayı açıqlanmır. Bütün sifariş olunan dartıcılar 29 dekabr 2022-ci ilə qədər istehsal olunmalıdır.

İkinci sifarişdə Oshkosh M1977A4 qoşqulu ağır yük taktiki avtomobillərinin tədarükünü də sifariş olunub. Onların da sayı açıqlanmır, lakin sifarişin dəyərinin 33,8 milyon ABŞ dolları olduğu bildirilir. Sifariş edilmiş texnikalar 31 dekabr 2022-ci il tarixinədək istehsal olunaraq müştəriyə çatdırılmalıdır.

Üçüncü sifariş isə, M983A4 və M1977A4 dartıcıları ilə inteqrasiya olunmuş M1075A1 qaldırıcı mexanizminin təchizatı üçündür. Sifarişin dəyəri 13,2 milyon ABŞ dollarıdır və sistemlər də 31 dekabr 2022-ci il tarixinədək hazırlanmalıdır.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş