ABŞ Ordusu üçün yeni universal helikopter hazırlanır

ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən elan edilmiş Joint Multi-Role Technology Demonstrator (JMR-TD) adlanan yeni nəsil universal helikopterlə bağlı bəzi təsəvvürlər aydın olub.Bu barədə “AzeriDefence” xarici hərbi mediaya istinadən məlumat verib.

JMR-TD bütün elmi-tədqiqat və eksperimental dizayn işləri Pentaqonun yeni helikopter platformasının (Future Vertical Lift, FVL) yaradılması proqramı çərçivəsində keçirilir. Bu bazada yaradılacaq yeni helikopterlər 2034-cü ildən ABŞ Silahlı Qüvvələrinin helikopter parkının böyük hissəsini yeniləmək üçün nəzərdə tutulur.

Hazırda JMR-TD layihəsində konstruksiyanın hazırlamasını əhatə edən birinci mərhələ tamamlanma ərəfəsindədir. Proqrama altı şirkət cəlb ediləcək. Boeing (helikopterlərin həyata keçirəcəyi missiyaların mümkün ssenarilərinin analizi ilə məşğul olacaq), Honeywell Aerospace (sensorların uyğunluğunun tədqiqatlarını keçirəcək), Lockheed Martin (kabinənin və silah avadanlığının hazırlamasıyla məşğul olacaq), Rockwell Collins (əsas sistemlərin arxitekturasının tədqiqatını keçirəcək) və Sikorsky (yeni helikopterlərin yaşama qabiliyyətinin artımı üzrə imkanları öyrənəcək).

İstehsalçıların bildirdiyinə görə, FVL əslində standart helikopterdən fərqlənəcək. Hansı ki burada helikopter və təyyarənin elementlərinin uyğunlaşdırıldığı hibrid uçuş aparatı ortaya çıxacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş