ABŞ Ordusu yeni orta mənzilli ballistik raket axtarışındadır

ABŞ Ordusu yeni orta mənzilli ballistik raket axtarışındadır

ABŞ Silahlı Qüvvələri yeni orta mənzilli ballistik raket axtarışındadır.

Azeri Defence saytının məlumatına görə, bu barədə Amerikanın “Breaking Defence” nəşri xəbər yayıb. ABŞ Ordusu orta mənzilli raketin prototipini 2023-cü ilədək əldə etməyi planlaşdırır.

“Çinin hərbi gəmilərini və Rusiyanın arxa bazalarını hədəf almaq üçün nəzərdə tutulan yeni orta mənzilli raket 500 + km atış uzaqlığına malik PrSM və uzun mənzilli hipersəsli silah arasındakı boşluğu dolduracaq”, – deyə məlumatda bildirilib.

Məlumatda o da qeyd olunub ki, bu boşluğun 3.700 km-ə qədər atış uzaqlığına malik yeni bir orta mənzilli raketlə doldurulması planlaşdırılır. İnkişafı sürətləndirmək üçün bu raketin ABŞ ordusunun məşhur “Tomahawk” raketi kimi başqa bir qolu tərəfindən istifadə edilən bir raketdən əldə edilməsi ehtimalı yüksəkdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş