ABŞ Ordusu yeni tabel tapançası olaraq “Sig P320” seçdi

“Sig Sauer” şirkətinin istehsal etdiyi P320 tapança modeli ABŞ Ordusunun tabel silahı olaraq seçilib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Sig Sauer” şirkəti yanvarın 20-də məlumat yayıb.

“Sig P320” modulyar tapançaları ABŞ Ordusunun tabel silahı olan “Beretta M9” tapançalarını əvəz edəcək. ABŞ Ordusu ilə imzalanmış satınalma müqaviləsinin dəyəri 580 milyon dollardır. Müqaviləyə tapançanın, sursatın və aksesuarların çatdırılması daxildir. Müqavilə üzrə silahların çatdırılması 10 il ərzində həyata keçiriləcək.

ABŞ Ordusunun yeni tapança alımı tenderində “Sig Sauer” şirkəti ilə yanaşı “Glock”, “Smith & Wesson”, FN USA və “Beretta” kimi dünyanın məşhur tapança istehsalçıları iştirak edib.

“Sig P320” polimer tapança modulytar dizayna malikdir və istifadəçi tərəfindən ölçülərinə və çapına dəyişikliklər edilə bilir. Silah ilk dəfə 2014-cü ildə nümayiş etdirilib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş