ABŞ Ordusu yeni tank əleyhinə kompleksin sınaqlarına başlayıb

ABŞ dəniz piyadaları LAV-25 zirehli avtomobilinin bazasında tank əleyhinə kompleksin yeni versiyasının sınaqlarına başlayıb.
Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.
Yeni LAV-ATWS kompleksi taktiki-texniki xüsusiyyətləri yenilənmiş turel alıb.

ABŞ dəniz piyada qoşunlarının LAV-ATWS proqramında LAV-25 zirehli maşınlarında “Emerson 901” köhnəlmiş qüllələrin əvəz edilməsi nəzərdə tutulur.

LAV-ATWS kompleksi yenilənmiş termal nişangah və yeni hədəf təyinetmə daxil olmaqla yeni müşahidə sistemi ilə təchiz olunub. Bu kompleksin silahlanmaya qəbulu dəniz piyadalarının ön birliklərinin rəqibin ağır zirehli texnikasıyla effektiv mübarizə aparmasına imkan verəcək. 2017-ci ildə LAV-ATWS yenilənmiş tank əleyhinə kompleksi 1988-ci ildən silahlanmaya daxil olmuş LAV-AT (TOW idarə olunan raketləri ilə birlikdə) kompleksinin yerini alacağı gözlənilir.

KATEQORIYA:
Bu xəbəri paylaş