ABŞ Ordusuna yeni snayper tüfəngləri tədarük edilib

ABŞ Ordusuna yeni snayper tüfəngləri tədarük edilib

Almaniyanın “Heckler&Koch” şirkəti tərəfindən istehsal edilən M110A1 snayper tüfənginin ilk partiyası ABŞ Ordusuna tədarük edilib.

Bu barədə “AzeriDefence”ə “Heckler&Koch” şirkətindən məlumat verilib.

Tərəflər arsında imzalanan müqaviləyə əsasən “Heckler&Koch” şirkəti ABŞ Ordusunu 2021-ci ilin ortalarına qədər 5000-6000 ədəd M110A1 snayper tüfəngi ilə təmin edəcəyi planlaşdırılıb.

7.62×51 mm çaplı M110A1 snayper tüfəngi G28 / HK417 modelinin bir variantıdır. Snayper tüfəngin geri təpməsi və çəkisi azaldılıb, erqonomikası yüksəldilib.

10 və 20 patron tutumlu daraqla komplektləşdirilən tüfəngin effektiv atış mənzili 600-800 metr təşkil edir. Modulyar pikatini relsləri silahın üzərinə istənilən optika və aksesuarın quraşdırılmasına imkan verir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş