ABŞ Ordusunun 786 ədəd “Abrams” tankı modernizə ediləcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə “General Dynamics Land Systems” (GDLS) şirkəti arasında “Abrams” döyüş tanklarının modernləşdirilməsinə dair 2.6 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Pentaqon məlumat yayıb.

Müqavilə çərçivəsində GDLS şirkəti ABŞ Ordusunun 786 ədəd M1A1 “Abrams” tankını M1A2 SEP V3 müxtəlif dizaynlarda modernizə edərək, SEP V4 versiyası səviyyəsinə yüksəldəcək.

Müqaviləyə əsasən, eyni zamanda M1A1 “Abrams” tanklarının M1A12S və  M1A2-K səviyəsinə yüksəldilməsi nəzərdə tutulub. Pentaqonun açıqlamasına görə, modernizasiya işlərinin 2020-ci il dekabrın 21-nə qədər tamamlanması planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş