ABŞ Ordusunun daha bir bölməsi Polşada dislokasiya ediləcək

ABŞ 2017-ci ilin aprelində Polşanın şimal-şərqinə Ojiş şəhərinə hərbi texnika və minə yaxın hərbçi göndərəcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ-ın Avropadakı Quru Qoşunları Baş Qərargahının rəsmi “Twiter” səhifəsində bidirilib.

ABŞ qoşunları Almaniya və Çexiya ərazisindən keçməklə Polşaya daxil olacaqlar.

Amerika bununla NATO-nun Şərqi Avropada sərhədlərini daha da gücləndirməyi planlaşdırır.

Xatırladaq ki, “Atlantic Resolve” adlı əməliyyat çərçivəsində yanvarın 7-də də ABŞ-ın tank briqadası Polşada dislokasiya edilib.

Polşaya gələn briqadanın Jaqan, Sbentoşuv, Skvejin və Boleslavç bölgələrində yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Polşadakı ABŞ hərbi birləşmələrinin sayı 3,5 min nəfər təşkil edir. Bu birləşmənin invertarına 400 özüyeriyən tırtıllı artilleriya qurğusu, 900 təkərli özüyeriyən, 87 tank, 18 habutsa, 400 avtomobil daxil edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş