ABŞ Ordusunun FARA proqramında “Bell” və “Sikorsky” qaldı

ABŞ Ordusunun FARA proqramında “Bell” və “Sikorsky” qaldı

ABŞ Quru Qoşunları “Gələcəyin Hücum və Kəşfiyyat Aviasiya Vasitəsi” (Future Attack Reconnaissance Aircraft – FARA) proqramının ikinci mərhələsinə “Bell Textron” və “Sikorsky” şirkətlərinin keçdiyini elan edib.

“Azeri Defence” xəbər verir ki, bu barədə ABŞ Ordusunun açıqlamasında bildirilib.

FARA proqramına “Bell Textron” şirkəti “Bell 360 Invictus”, “Sikorsky” isə RAIDER X helikopterini təklif edib.

Hər iki şirkət ABŞ Quru Qoşunlarının FARA proqamı üçün 2023-cü ilədək təklif edilən silahlı kəşfiyyat helikopterinin dizaynını tamamlayıb, prototiplərini istehsal edərək test üçün təqdim etməlidirlər.

Sonda seçiləcək helikopter ABŞ Ordusunun silahlanmasında olan OH-58 “Kiowa” helikopterlərini əvəz edəcək.

FARA proqramının birinci mərhələsində “Bell Textron”, “Boeing”, “Karem Aircraft”, “Sikorsky”, “AVX Aircraft” və “L3Harris” birgə müəssisəsi iştirak edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş