ABŞ Ordusunun pilotları yeni kokpit sensor dəsti ilə təchiz ediləcək

ABŞ Ordusunun pilotları yeni kokpit sensor dəsti ilə təchiz ediləcək

ABŞ Hava Qüvvələrinin Araşdırma Laboratoriyası (AFRL) ilə “Ball Aerospace & Technologies” şirkəti arasında müqavilə imzalanıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Müqavilə çərçivəsində ABŞ Hava Qüvvələrinin döyüş təyyarələrinin pilotlarını fizioloji hadisələrdən qorumaq üçün yeni kokpit sensor dəstləri hazırlanacaq.

Müqavilənin dəyəri 12,6 milyon ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən kokpit sensor dəstləri 2023-cü ilin sonuna qədər sifarişçiyə çatdırılmalıdır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş