ABŞ “Oshkosh Defense” şirkətinə JLTV maşınları sifariş edib

ABŞ “Oshkosh Defense” şirkətinə JLTV maşınları sifariş edib

ABŞ Ordusunun Müqavilə Komandanlığı “Oshkosh Defense” şirkətinə 248 ədəd JLTV yüngül taktiki nəqliyyat vasitəsi sifariş verib.

Bu barədə “AzeriDefence”yə “Oshkosh Defense” şirkətindən məlumat verilib.

Müqavilənin dəyəri 127 milyon ABŞ dolları təşkil edir. Sifariş əsasında “Oshkosh Defense” şirkəti tərəfindən ABŞ Dəniz Piyadaları Korpusu və Dövlət Departamenti üçün JLTV yüngül taktiki zirehli maşınlar tədarük ediləcək.

JLTV (Joint Light Tactical Vehicle) zirehli avtomobilinin çəkisi 6.5 tondur. “GM Duramax V8” mühərrikinə malik olan avtomobil 300 at gücündədir. Gediş ehtiyyatı təxminən 500 kilometr təşkil edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş