ABŞ polisi rus “Sayqa-12”si ilə silahlanır

“İjevsk” zavodu ABŞ-ın polis bölmələri üçün “Sayqa-12” yivsiz lüləli yarımavtomat silahların isehsalına başlayıb. “AzeriDefence” saytının məlumatına görə, bununla bağlı müqavilə “Shot Show” beynəlxalq hərbi sərgisində imzalanıb. Xəbərdə bildirilib ki, “Sayqa-12” silahı öz seqmentində keyfiyyəti ilə yanaşı ideal dəqiq güllələri ilə seçilir.

Şirkət müqavilənin məbləği haqqında məlumat verməsə də “Sayqa-12”nin ilk partiyasının ABŞ hüquq-mühafizə orqanlarına təhvil verildiyini təsdiqləyib.

Şirkətdən o da bildirilib ki, silaha maraq Mərkəzi Amerika ölkələrində də yaranıb və artıq ilk sifarişlər qəbul olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş