ABŞ Qatara 12 ədəd Black Hawk helikopteri satır

ABŞ-ın Qatara 12 ədədçoxfunksiyalı UH-60M Black Hawk helikopteri satmağa hazırlaşır. “AzeriDefencen”in bildirdiyinə görə, bu barədə Birləşmiş Ştatların Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin (DSCA) press-relizində bildirilib.

Agentlik satışla bağlı ABŞ Konqresinə bildiriş göndərib. Müqavilənin ümum dəyəri 1,1 milyard dollar təşkil edir.

Müqaviləyə helikopterlərlə yanaşı 26 ədəd T700-GE-701D helikopter mühərriki, 15 ədəd AN/AAR-57V raket əleyhinə radarı, 15 ədəd AN/AVR-2B lazer aşkar etmə sistemi, 26 ədəd M240H pulemyotu, həmçinin 26 ədəd AN/AVS-6 gecəgörmə
cihazı daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş