ABŞ Qatara tank əleyhinə idarə olunan raketlər satır

ABŞ Qatara 700 ədəd GM-114K3A və AGM-114R3 Helifire tank əleyhinə idarə olunan raketləri satacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşlığı Agentliyi (DSCA) məlumat yayıb.

Razılaşmanın ümumi dəyəri 137 milyon dollar təşkil edəcək. Müqaviləyə 25 tədris raketi, konteynerlər, ehtiyat hissələr, sınaq avadanlığı, texniki sənədləşdirmələr, personalın təlimləri, mühəndis-texniki dəstəyi daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş