ABŞ QF-16 pilotsuz döyüş təyyarəsini silahlanmaya qəbul edib

ABŞ QF-16 pilotsuz döyüş təyyarəsini silahlanmaya qəbul edib

“Boeing” şirkəti tərəfindən modifikasiya edilən QF-16 pilotsuz döyüş təyyarəsinin ilk partiyası ABŞ Hava Qüvvələrinin silahlanmasına qəbul edilib.

Bu barədə Azeri Defence saytı “Boeing” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

ABŞ Hava Qüvvələri tərəfindən dövlət sınaqları keçirilən modifikasiya olunmuş QF-16 PUA-nın sınaqlarının uğurla nəticələndiyi bildirilib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, F-16 A / C döyüş təyyarəsi pilotsuz QF-16 konfiqurasiyasına çevrilməsi nəticəsində həm avtopilot, həm də yerüstü stansiyalar vasitəsilə idarə oluna bilir.

Məlumatda o da qeyd edilib ki, “Boeing” 2015-ci ildə F-16 təyyarələrinin QF-16-lara çevirməyə başlayıb. Şirkətlə bağlanan müqavilələr əsasında 120-dən çox F-16 təyyarəsinin modifikaiya edilməsi planlaşdırılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş