ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirib

ABŞ Hərbi Hava Qüvvələri “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Test silah sisteminin səmərəliliyini, hazırlıq vəziyyətini və atış qabiliyyətinin yoxlanması məqsədiylə keçirilib.

“Minuteman III” raketi Kaliforniya ştatında yerləşən “Vandenberq” aviasiya bazasından buraxılıb.

ABŞ Hərbi Hava Qüvvələrinin yüksək rütbəli bir rəsmisi “Minuteman III” ilə aparılan testlərin, ABŞ-ın nüvə gücünü yoxlamaq və ölkənin nüvə qabiliyyətlərini göstərmək üçün son dərəcə əhəmiyyətli olduğunu bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş