ABŞ qitələrarası ballistik raketlər əleyhinə istifadə olunacaq PUA axtarışındadır

ABŞ-ın Raketdən Müdafiə Agentliyi qitələrarası ballistik raketlərdən müdafiə məqsədilə lazer silah sisteminə malik pilotsuz uçuş aparatı (PUA) axtarışındadır.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, Agentlik iyunun 13-də gələcək beş ili əhatə edən bir müddət çərçivəsində yüksək enerjili lazer silah sistemi daşıma gücünə malik olan və uzun müddət havada qalma qabiliyyətli PUA satınalınması üçün tender elan edib.

Havay adalarında yerləşən Sakit Okean Raket Test Sahəsi və Kaliforniyadakı Eduard Hava Bazasında fəaliyyət göstərəcək PUA-ların fasiləsiz olaraq yerə nəzarət etmə qabiliyyətinə malik olması lazımdır.

Tenderdə yer alan digər xüsusiyyətlərə əsasən, PUA-nın havada qalma müddəti 36 saatdır. Yeni PUA 19 min metr yüksəklikdə əməliyyat aparmaq və ən az 2 268 kq-lıq yük daşıma qabiliyyətinə malik olmalıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş