ABŞ Quru Qoşunlarının inkişafına 166 milyard dollar ayıracaq

2018-ci maliyyə ilində ABŞ-ın Quru Qoşunlarınının inkişafı üçün 166 milyard ayrılacaq.

“AzeriDefence”nin “military.com” saytına istinadən məlumatına görə, ayrılacaq bu məbləğ 2017-ci illə müqayisədə 15 milyard dollar çoxdur.

Məlumatda bildirilir ki, 2018-ci ildə ABŞ ordusunun sayı 343 min, ehtiyatda olanlar 199 min nəfər, milli qvardiyada xidmət edənlərin sayı 476 min nəfər təşkil edəcək. Texnika və silah alınması prioritet məsələ olaraq qacalaq. Silah və texnika alınmasında üstünlük raket və artilleriya veriləcək.

Ordu “Patriot” kompleksi üçün 131 ədəd idarəolunan zenit raketləri alacaq, yaxın mənzilli “Avenger” zenit raket komplesinin yenilənməsi, mobil sistemlər üçün taktiki lazer silahının yaradılması nəzərdə tutulub. Həmçinin ATACMS kompleksinin 121 ədəd balistik raketlərinin zəmanət müddəti daha 10 il artırılacaq, GMLRS yaylım atəşli raket sistemi üçün 6000 ədəd raket alınacaq, eyni zamanda “Patriot” ZRK-nın yeni versiyası üçün 93 ədəd raketin, 88 min “Hydra-70” raketinin və 998 ədəd “Hellfire” raketinin az seriyalı istehsalı planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş