ABŞ Ruanda Ordusuna MEDEVAC tipli təyyarələr ixrac edəcək

ABŞ Ruanda Ordusuna MEDEVAC tipli təyyarələr ixrac edəcək

ABŞ Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində Raunda iki ədəd C-208 EX “Grand Caravan” təyyarəsi tədarük edəcək.

“AzeriDefence” xəbər verir ki, bu barədə ABŞ Hava Qüvvələri (USAF) məlumat yayıb.

Müqavilənin dəyəri 10,1 milyon ABŞ dolları təşkil edir. “Cessna” şirkətinin istehsalı olan C-208 EX “Grand Caravan” təyyarələrinin 2022-ci ilə qədər sifarişçiyə çatdırılması planlaşdırılır.

Ruanda Silahlı Qüvvələri MEDEVAC tipli C-208 EX “Grand Caravan” təyyarələrini Afrika bölgəsində beynəlxalq sülhməramlı əməliyyatlar zamanı tibbi evakuasiya və yüngül nəqliyyat missiyaları üçün istifadə edəcək.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş