ABŞ Rusiyadan silah alır: Artıq satınalmaynan bağlı sifariş verilib – FOTOLAR

Rusiyanın  “Texmaş” Elmi-Tədqiqat İstehsdalat Birliyi ABŞ-a öldürücü olmayan silah satışı planlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Birliyin baş direktoru Sergey Rusakovun jurnalistlərə açıqlamasında bildirilib.

İDEX-2017 müdafiə texnologiyaları sərgisi çərçivəsində ABŞ nümayəndə heyəti polis bölmələri üçün çox funksiyalı, öldürücü olmayan “Osa” tapançasına maraq göstəriblər.

Artıq Arizona ştatının Polis Departamenti 60 ədəd “Osa” tapancası və bu silah üçün istifadə ediləcək 10 000 patrondan ibarət ilk sifarişini verib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş