ABŞ Səudiyyə Ərəbistanına 6600 ədəd TOW 2B raketi satacaq

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına TOW 2B (BGM-71F) raketlərinin çatdırılmasına dair 670 milyon dollar dəyərində sazişi təsdiqləyib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinə istinadən məlumat verib.

Müqavilə çərçivəsində Səudiyyə Ərəbistanı ABŞ-dan 6 600 ədəd TOW 2B raketi (BGM-71F-Series) və 96 ədəd TOW 2B buraxıcı qurğusu, habelə ehtiyat hissələri alacaq.

“TOW 2B raketlərinin satışı və texniki dəstəyi Səudiyyə Ərəbistanı Krallığının yerüstü müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə imkan verəcək”, – deyə məlumatda qeyd olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş