ABŞ Səudiyyə Ərəbistanını silahlandırır: 11,25 milyardlıq sövdələşmə

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 4 ədəd 11,25 milyard dollar həcmində hərbi gəminin satıldığını təsdiqləyib.

“AzeriDefence”nin məlumatına görə, müqaviləyə əsasən, ABŞ tərəfi gəmilərin satışı ilə yanaşı, sonrakı təmir işlərini öz üzərinə götürüb. Müqavilədə gəmidə xidmət aparacaq ərəb hərbçilərin təlim-tədrisinin də ABŞ tərəfindən həyata keçiriləcəyi də öz əksini tapıb.

Xəbərdə o da qeyd olunub ki, Səudiyyə Ərəbistanı ABŞ-dan “Multi-Mission Surface Combatant” (MMSC) və “Littoral Combat Ship” (LCS) döyüş gəmiləri alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş