ABŞ əsgəri “zireh”ini dəyişir

“BAE Systems” şirkəti ABŞ ordusunu yeni taktiki bədən zirehi ilə təmin edəcək.
“AzeriDefence”nin “BAE Systems”in rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkətlə ABŞ-ın Hərbi Alınmalar üzrə Agentliliyi arasında bağlanan müqaviləyə əsasən silahlı qüvvələr yeni taktiki bədən zirehi ilə təmin olunacaq. 267 milyon dollar dəyərində olan müqavilə 4 il müddətində icra olunacaq. Bədən zirehinin ilk partiyası 48 milyon dollar dəyərində olacaq və silahlı qüvvələrə 2013-cü ildə veriləcək.

Şirkət bildirir ki, 2,7 kq çəkisində olan yeni zireh döyüşçünün cəld hərəkət etməsinə mane olmayacaq. Bu problemin aradan qaldırılması üçün zirehin elastikliyi daha artırılıb. Bundan başqa zirehin konstruksiyası, onu daha tez çıxarmasını da asanlaşdırıb.
Məlumat da o da qeyd olunub ki, ABŞ ordusunda bu bədən zirehi ilk dəfə 2009-cu ildə sınaqdan çıxarılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş