ABŞ əsgərlərinin yeni sursat çantası – FOTO

TYR Tactical şirkəti ABŞ Ordusunun “İronman” əsgər təchizatı üçün yeni sursat çantası hazırlayıb. Bu barədə “AzeriDefence” TYR Tactical şirkətinin saytına istinadən məlumat verib.“İronman”ın pulemyotu patronla “Huron ™ MICO” (HRN-MICO) adlanan sursat çantasından birbaşa qidalanacaq. Bunun üçün sursat çantasında xüsusi elastik elevator yaradılıb. M-240 pulemyotu üçün çantada 7.62 mm çaplı 500 patron yerləşəcək.

“Huron ™ MICO” (HRN-MICO) çantası tənzimlənən bel kəməri və çiyin qayışları ilə təchiz olunub. Çantanın adapterini dəyişməklə ora 5.56 çaplı patronlar da yükləmək mümkündür.

ABŞ Hökumətinin satış icazəsi ilə ixracı mümkün olan sursat çantasının qiyməti $3,995.95 təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş