ABŞ şirkəti dünyanın ən kiçik silahını hazırlayıb

ABŞ-ın “Trailblazer Firearms” şirkəti kibrit qutusu ölçüsündə tapança hazırlayıb.

“AzeriDefence” xarici mediaya istinadən verdiyi məlumata görə, 2014-cü ildə əsası qoyulmuş “Trailblazer Firearms” şirkətinin hazırladığı, “LifeCard” adı verilən tapançanın uzunluğu 8,59 sm, qalınlığı 1,27 sm təşkil edir.

Alüminium korpusa və paslanmayan polad gövdəyə malik “LifeCard” 5,6 mm kalibrli patronlarla tək-tək atəş açır.

198 qram çəkisi olan tapançanın darağı dörd patron tutur. “LifeCard” tapançasın pul kisəsində və ya cibdə asanlıqla daşımaq mümkündür.

Tapançanın korpusu bütöv, mexanizmi 27 detaldan yığılıb. Tapançadan əl ilə çaxmağı qaldırmaq və tətiyi basmaqla atəş açamaq olur.

Hədəfi nişan almaq üçün lülənin yuxarı hissəsində V formalı kanal var.

Tapançanın yan korpusunda tətiyi bloklayan qoruyucu yerləşir. “LifeCard”ın dəyəri 399 ABŞ dollarıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş