ABŞ şirkəti yeni “tapança-smartfon” hazırlayıb – VİDEO

ABŞ-ın “Ideal Conceal” şirkəti Las-Veqasda keçirilmiş “Shot Show 2018” sərgisində “tapança-smartfon” nümayiş etdirib.

“AzeriDefence”nin “Ideal Conceal”in rəsmi saytına istinadən verdiyi xəbərə görə, şirkət rəhbəri Kirk Kjellberq bildirib ki, uzun zaman üzərində işlədikləri silahın hazırlanması çox çətinliklə başa gəlib.

“Tapança çox maraqlı alındı, buna görə sərgidə şirkətin stendinə çox diqqət cəlb edildi. Görünüşcə tapança böyük smartfona oxşayır. Bu tapançanın əsas üstünlüyü də bundadır. Yeni tapançanı restoranda rahatlıqla masaya çıxartmaq olar və çox az adam müəyyən edə biləcək ki, bu silahdır”, – deyə şirkət rəhbəri vurğulayıb.

İki lüləli “tapança-smartfon”un çəkisi 520 qram təşkil edir. Silahın konstruksiyasında maqazin nəzərdə tutulmayıb. Sadəcə olaraq iki patron lülələrə doldorulur və silah daima dolu vəziyyətdə olur. Qoruyucuya basmaqla tapançanın əl dəstəyi açılır və silah atışa hazır vəziyyətdə gətirilir. ATF kateqoriyasına daxil edilən yeni tapança 500 ABŞ dollarına satılacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş