ABŞ “Snayper” ATP hədəfləmə sistemini müasirləşdirir

ABŞ Hərbi Hava Qüvvələri ilə “Lockheed Martin” şirkəti arasında “Snayper” (Advanced Targeting Pod – ATP) elektro-optik hədəfləmə sisteminin modernizasiyasına dair müqavilə imzalanıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, dəyəri 961 milyon ABŞ dolları olan müqavilə çərçivəsində “Lockheed Martin” 683 ədəd “Snayper” ATP stansiyaların modernləşdirilməsini həyata keçirəcək.

5 ili əhatə edən müqaviləyə logistika üzrə işlər, ehtiyat hissələrin çatdırılması, proqram təminatı və sensorların təkmilləşdirilmələri daxildir.

Təyyarələrin gövdəsinin altına taxılan “Snayper” ATP elektro-optik hədəfləmə sistemi çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Podun ön hissəsində FLİR kamera, detektorlar yer alır. Sistem hədəfi təyin və təqib edir, lazer məsafəölçən ilə hədəflər işarələnə bilir. Stansiya həmçinin lazer və ya peyk vasitəsiyə bütün silah növlərinin tətbiqinə imkan verir.

“Snayper” ATP sistemi Amerika ilə yanaşı 25 ölkənin arsenalında yer alan F-2, F-15, F-16, F-18, həmçinin A-10, B-1 və B-52 döyüş təyyarələrinə uyğun gəlir.

KATEQORIYA:
Bu xəbəri paylaş