ABŞ Tayvana yeni MH-60R helikopterlərini üç dəfə ucuz qiymətə təklif etdi

ABŞ Tayvana yeni MH-60R helikopterlərini üç dəfə ucuz qiymətə təklif etdi

ABŞ yeni MH-60R helikopterlərini Tayvana tədarük etmək üçün ilkin qiymətdən demək olar ki, üç dəfə aşağı qiymətə təklif edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, təklif baxılması üçün Tayvan Milli Müdafiə Nazirliyinə göndərilib.

Tayvan 27,3 milyard taiv (907 milyon ABŞ dolları) həcmində 10 ədəd MH-60R helekopterinin tədarükü üçün ABŞ-ın yenilənmiş təklifini nəzərdən keçirir.

27,3 milyard taiv dəyərindəki tədarükə 10 ədəd MH-60R helikopteri ilə yanaşı, Mk-54 torpedaları, AGM-114 “Hellfire” raketləri, digər silah-sursat, avadanlıqlar, təlim və logistika xidmətləri daxildir.

Xatırladaq ki, Tayvan 2016-cı ildə ABŞ-ın çoxməqsədli MH-60R helikopterlərini satin almaqdan imtina edib.

KATEQORIYA:
Bu xəbəri paylaş