ABŞ təlimə gətirdiyi hərbi texnikalarını Litvada saxladı
ABŞ-ın NATO-nun “İron Sword” təlimlərinə qatılan zirehli texnikasının bir qismi Litvada saxlanılacaq.
“AzeriDefence”nin məlumatına görə, Litva Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, NATO-nun Litvada keçirilən təlimlərinə qatılan ABŞ-ın “Abrams” tankları, “Bradley” zirehli transportyorları və digər hərbi-nəqliyyat vasitələri bu ölkədə saxlanılacaq.
Ümumilikdə Litvada saxlanılan hərbi texnikanın sayı 60 ədəddir. Bu texnikalar növbəti təlimlərdə də ABŞ hərbçilərinin istifadəsində olacaq.
Məlumatda o da qeyd edilib ki, bu il ərzində Litvada ABŞ-ın da qatıldığı 7 hərbi təlim keçirilib.
KATEQORIYA: Müdafiə