ABŞ Türkiyəyə JDAM bombalarının satışına razılıq verdi

ABŞ Dövlət Departamenti Türkiyəyə JDAM (Joint Direct Attack Munition) aviasiya bombalarının verilməsi ilə bağlı sənədi təsdiq edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, müqavilənin dəyəri 70 milyon dollardır. Bu müqavilə çərçivəsində ABŞ tərəfi bombaların istismarı dövründə ehtiyat hissələrin verilməsi, xidmət və digər işlərin görülməsini də öz üzərinə götürəcək.

Razılaşmaya əsasən, JDAM bombalarından başqa Türkiyə 400 ədəd GBU-31(V)1, 200 ədəd GBU-31(V)3, 300 ədəd GBU-38,  100 dəst GBU-54 Laser JDAM, 200 ədəd BLU-109, 1000 ədəd partlayıcı FMU-152A/B  əldə edə biləcək.

Məlumatda qeyd olunub ki, bir müddət əvvəl Türkiyə aviasiya bombalarının alınması məqsədilə ABŞ hökumətinə müraciət etmişdi.

Bu satınalma Türkiyənin dünya ölkələrinin Hərbi Hava Qüvvələri arasında imkanlarını daha da gücləndirəcək.

Layihənin əsas podratçısı “Raytheon Corporation” şirkətidir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş