ABŞ Ukraynaya “Barret” snayper tüfəngləri satıb
Ukrayna Silahlı Qüvvələri ABŞ-ın “Barrett Firearms” şirkətinin istehsalı olan “Barrett” snayper tüfəngi alıb.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu barədə açıqlamanı Ukraynanın daxili işlər naziri Arsen Avakov verib.
O deyib ki, bununla yanaşı Ukrayna hərbi birləşmələri üçün tank əleyhinə reaktiv DRTG-73 qranatları da alınıb.
Nazir adıçəkilən silahların kəşfiyyat bölmələrinin istifadəsinə veriləcəyini də qeyd edib.
Məlumatda o da bildirilib ki, bir müddət əvvəl Ukrayna hökuməti ilə ABŞ-ın “Barrett Firearms” şirkəti arasında hərbi avadanlıqların və texnikanın alınmasına dair müqavilə imzalanıb.