ABŞ Ukraynaya silahlanması üçün 47 milyon dollar qrant verir

ABŞ Milli Təhlükəsizlik Şurası Ukraynaya Amerika silahlarını alması üçün 47 milyon dollar qrant verilməsi layihəsini, prezident Donald Trampa tövsiyyə etmək qərarına gəlib.

“AzeriDefence” xəbər verir ki, bu haqda ABC telekanalı Dövlət Departamentinə istinadən məlumat yayıb.

Bildirilir ki, satılacaq silah və texnikaya “Javelin” FGM-148 tank əleyhinə raket kompleksləri (TƏRK) də daxildir.

Telekanalın məlumatına görə, rusiyayönümlü separatçıların hücumunun qarşısı almaqdan ötrü ABŞ bu addımı təklif edir.

Amerika liderinin Ukraynaya dair maliyyə tövsiyələrinin veriləcəyi vaxt tam dəqiqləşdirilməyib. Təklifin qüvvəyə minməsi üçün Konqresin razılığını almaq lazım olacaq.

Məsələ ilə bağlı Milli Təhlükəsizlik Şurası açıqlama verməkdən imtina edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş