ABŞ Ukraynaya təmənnasız radar sistemləri verdi

ABŞ Ukrayna Ordusuna artilleriyanın yerini aşkarlayan radar sistemləri verib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, ABŞ Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə 4 ədəd /TPQ-36 və 10 AN/TPQ-49 markalı artilleriyanın yerini aşkarlayan radar sistemləri göndərib.

Sistemlərin təqdimatı mərasimində Ukrayna prezidenti Petr Poroşenko və ABŞ-ın bu ölkədəki səfiri Jefri Payet də iştirak edib.

O deyib ki, bu sistemlər Ukrayna Ordusunun Donbasdakı hərbi əməliyyatlarında üstünlüyünü artıracaq.

Sistemlər Ukrayna Ordusuna təmənnasız verilib.

Qeyd edək ki, AN/TPQ-36 markalı artilleriyanın yerini aşkarlayan radar sistemi 14,5 və 24 km məsafədə düşmənin artilleriya və minomyot qurğularını, reaktiv atəş sistemlərinin dislokasiya olduğu məkanları müəyyənləşdirə bilir.

Sostem eyni vaxtda 99 raket və mərmini havada müyyənləşdirib və müşahidə edə bilir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş