ABŞ Ukraynaya yeni hərbi avadanlıqlar verəcək

ABŞ Ukraynaya yeni hərbi avadanlıqlar verəcək

ABŞ-ın Müdafiə Nazirliyi 2020-ci maliyyə ilində Ukraynaya əlavə olaraq 250 milyon dollar dəyərində hərbi yardım edəcək.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

Səfrliyin press-relizində qeyd olunub ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyi Ukraynanın Rusiya təcavüzündən özünü daha yaxşı qoruması məqsədi ilə əlavə təlimlər, avadanlıqların təchizatı və tövsiyələr verəcək.

“Bu, Rusiya ilə strateji rəqabət cəbhəsində kritik tərəfdaş olan ABŞ və Ukrayna arasındakı uzunmüddətli müdafiə münasibətlərini bir daha təsdiqləyir. ABŞ beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə israrlıdır”, – deyə məlumatda qeyd olunub.

Bununla yanaşı, ABŞ Ukraynanın müdafiə islahatlarının uğurla həyata keçirilməsi, davam edən təlim proqramlarını və əməliyyat ehtiyaclarını dəstəkləmək və avadanlıqlarla təchiz etmək üçün USAİ Fondu vasitəsi ilə 125 milyon dollar ayıracaq. Bu vəsait hesabına Ukraynanın dəniz sahəsindəki situasiya məlumatlılığını artırmaq, müstəqil hava məkanını izləmək üçün hava nəzarət sistemləri, Ukraynanın Quru Qoşunları və Xüsusi Əməliyyat Qüvvələrinin artilleriya atəş təsbit radarları və taktiki avadanlıqlar, tibbi müalicə və döyüş təxliyəsi avadanlıqları, kiber müdafiə və strateji rabitə vasitələrinin çatdırılması nəzərdə tutulur.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş