ABŞ və Polşa “Patriot” ZRK-nin raketlərini birgə istehsal edəcək

ABŞ və Polşa “Patriot” ZRK-nin raketlərini birgə istehsal edəcək

ABŞ-ın “Lockheed Martin” və Polşanın WZL1 (Wojskowe Zakłady Lotnicze Nr 1) şirkəti arasında müqavilə imzalanıb.

Azeri Defence saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, müqavilə çərçivəsində Polşada “Lockheed Martin” və WZL1 şirkətlərinin birgə müəssisəsi yaradılacaq.

Müəssisədə “Patriot” PAC-3 MSE (“Patriot Advanced Capability-3”, “Missile Segment Enhancement”) raket hissələrinin istehsal edilməsi nəzərdə tutulub. Müəssisənin 2021-ci ildə açılması planlaşdırılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş