ABŞ Xüsusi Əməliyyat Komandanlığı gəzən sursatların axtarışındadır

ABŞ Xüsusi Əməliyyat Komandanlığı gəzən sursatların axtarışındadır

ABŞ-ın Xüsusi Əməliyyat Komandanlığı (US SOCOM) gəzən sursatların tədarükünə dair tender elan edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, gəzən sursatlar JLTV yüngül taktiki nəqliyyat vasitəsinə inteqrasiya olunması üçün nəzərdə tutulub.

Tenderin nəticələri 2021-ci ildə açıqlanacaq. Tenderə ən güclü namizəd İsrailin “UVision” şirkəti göstərilir. Gəzən sursatların müxtəlif növlərinin yaradılması və istehsalı üzrə ixtisaslaşmış İsrailin “UVision” şirkətinin portfelində 3 kq-dan 150 kq-dək çəkidə və fərqli mənzillərə malik gəzən sursatlar yer alır.

Bir nəfər tərəfindən daşınan, 3 kq çəkili “Hero 30” “Hero” gəzən sursatlar ailəsinin ən kiçik qabaritli nümunəsidir. Dəqiqə ərzində atışa hazır vəziyyətə gətirilə bilən “Hero 30”un uzunluğu 0.8 metr, sürəti 100 dəniz milidir. 0.5 kq yüksək effektli partlayıcı daşıyan, elektrik mühərrikə sahib “Hero 30” havada 30 dəqiqə qala bilir.

“Hero 30”un 5, 10, 40 km mənzilli versiyaları mövcuddur. Xüsusi qabda yerləşən sursat pnevmatik üsulla atışdan sonra mühərrikin işə düşməsi nəticəsində uçuşunu davam etdirir. İnfraqırmızı elektro-optik sensorla təchiz olunmuş “Hero 30” təxminən 300-600 metr yüksəkliyə qalxaraq hədəf axtarışını aparır, bu zaman görüntünü xüsusi hazırlanmış DataLink sistemi ilə operatorun monitoruna ötürür.

KATEQORIYA:
Bu xəbəri paylaş