ABŞ xüsusi təyinatlıları G-28 snayper tüfənglərini seçdi

ABŞ Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (US SOCOM) Compact Semi-Automatic Sniper System (CSASS) proqramı çərçivəsində Almaniyanın “Heckler & Koch” şirkətinin istehsalı olan G-28 snayper tüfənglərinin satın alınmasına qərar verib.

Bu barədə “AzeriDefence” xarici mətbata istinadən məlumat verib.

Bundan əvvəl Almaniya Ordusu bu snayper tüfənglərin Əfqanıstanda istifadə edib. Amerika Xüsusi Təyinatlı Qüvvələri alman snayper tüfənginin performansını Əfqanıstanda görüb. Proqram çərçivəsində US SOCOM “Heckler & Koch” şirkəti ilə 3643 ədəd G-28 snayper tüfənginin satın alınmasına dair 45 milyon dəyərində müqavilə bağlayıb.

Silahın uzunluğu 1003 mm, çapı 7.62×51 mm-dir. Modulyar Piccatini reysi vasitəsiylə silahın üzərinə istənilən optika və aksessuarın bərkidilməsi mümkündür.

Snayper tüfəngin geri təpməsi və çəkisi azaldılıb, erqonomikası yüksəldilib. Qeyd edək ki, 10 və 20 patron tutumlu daraqla komplektləşdirilən tüfəngin effektiv atış mənzili 600-800 metrdi.

KATEQORIYA:
Bu xəbəri paylaş