ABŞ Xüsusi Təyinatlıları MRZR-2 və MRZR-4 yüngül nəqliyyat vasitələri alır
“Polaris Defense” şirkəti ABŞ Xüsusi Təyinatlı Qüvvələri (USSOCOM) ilə imzaladığı müqavilə çərçivəsində MRZR-2 və MRZR-4 yüngül nəqliyyat vasitələrinin çatdırılmasına başlayıb.
Şirkətdən “AzeriDefence”yə verilən məlumata görə, USSOCOM ilə imzalanmış müqavilənin dəyəri 83 milyon dollar təşkil edir. Bura MRZR-2 və MRZR-4 yolsuzluq avtomobillərinin, onların ehtiyat hissələrinin çatdırılması, təlim-tədris və logistic xidmətlər daxildir.
MRZR-2 və MRZR-4 ən ekstremal şəraitlər və ərazi missiyaları üçün nəzərdə tutulur. Mobilliyi və yığcamlığı nəqliyyat vasitələrinin istənilən əraziyə daşınmasına imkan verir.
Hazırda MRZR nəqliyyat vasitələri Azərbaycan da daxil olmaqla 20-dən artıq ölkənin istifadəsində yer alır.
KATEQORIYA: Müdafiə