ABŞ Yaponiya ərazisinə raket əleyhinə müdafiə kompleksləri yerləşdirib

ABŞ Yaponiya ərazisinə hava hücumundan müdafiə kompleksləri yerləşdirib.

“AzeriDefence” TASS agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiya müdafiə naziri İsunori Onodera mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Yaponiya ərazisində hava hücumundan müdafiə komplekslərinin yerləşdirilməsi Rusiya və Yaponiyanın digər qonşunlarına təhlükə yaratmır.

Müdafiə nazirinin sözlərinə görə, ABŞ sistemləri Yaponiya vətəndaşlarının təhlükəsizliyinin müdafiəsi üçün nəzərdə tutulub.

Yaponiya Ordusu ballistik raket təhdidlərinin qarşısını almaq üçün gəmidə yerləşən “Aegis SM-3” və yerüstü “Patriot PAC-3” raket əleyhinə müdafiə kompleksləri ilə silahlandırılıb.

Məlumatda o da qeyd olunub ki, yaxın vaxtlarda Yaponiya ABŞ-dan “Aegis Ashore” yerüstü raket əleyhinə müdafiə kompleksləri əldə etməyi planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş