ABŞ yeni gəmisini nümayiş etdirib

ABŞ-ın “Lockheed Martin” şirkəti ilk dəfə olaraq yeni yaradılan MMSC (Multi-Mission Surface Combatant) freqatını nümayiş etdirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu döyüş gəmisi LCS “Freedom” sinifinə daxildir.

Artıq Səudiyyə Ərəbistanı bu gəmidən 4 ədədini alacağı ilə bağlı təklifini şirkətə bildirib.

Gəmi 76 mm top, “Harpoon” gəmi əleyhinə raket, “SeaRAM” az mənzilli zenit-raket kompleksi və digər silah arsenalı ilə təchiz olunub.

Freqatın radar sisteminə isə FAR Airbus D&S TRS-4D, “Variable Depth Sonar” (Thales CAPTAS), “Saab Ceros 200” atəşin idarə olunması qurğusu və “Argon”ST WBR-2000 radioelektron mübarizə avadanlığı daxil edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş